Rəqəmsal Marketing bütün Marketing fəaliyyətinin internet üzərində qurulmuş formasıdır. Və rəqəmsal marketing bir çox əlverişli xüsusiyyətlərinə görə ənənəvi marketingdən fərqlənir. Artıq şirkətlər zamanına, puluna, enerjisinə qənaət etmək üçün daha çox rəqəmsal marketingdən istifadə edir. Hətta son zamanlarda yaranmış bizneslər və startuplar inkişaf etmək üçün rəqəmsal marketingin verdiyi imkanlardan istifadə edirlər. Çünki biznes sahibləri üçün önəmli olan pulun maksimum şəkildə səmərəli istifadə olunub maksimum effekti əldə etmək və buna uyğun olaraq statistikanı əldə etmək, effektivliyi ölçə bilmək rəqəmsal marketingdə daha çox mümkündür. Burada reklam yerləşdirmək, PR fəaliyyətini aparmaq, hədəf kütləyə maksimum şəkildə tanınmaq imkanı, seqmentasiya aparmaq və bir çox marketing fəaliyyətini həyata keçirmək daha effektiv hesab edilir. Bunun səbəbi isə internetin insan həyatına tamamilə daxil olmasıdır. Rəqəmsal marketingdə şirkətlərin sosial şəbəkə hesablarının effektiv və səmərəli idarə edilməsi üçün SMM anlayışı var. Nəzərə alsaq ki, artıq internet insanların həyatına daxil olub, artıq insanlar vaxtlarının əksər hissəsini sosial şəbəkələrdə keçirirlər və hər bir kəsin də müxtəlif sosial şəbəkələrdə bir neçə hesabı var, elə buna görə də şirkətlər internet üzərindən fəaliyyətlərinin qurulmasında daha çox maraqlıdırlar. Artıq şirkətlər özlərini sosial şəbəkələrdə təmsil edirlər, burada reklam yerləşdirirlər və çalışırlar ki, hədəf kütlələrinə daha tez çata bilsinlər. Məhz elə buna görə də onlar SMM xidmətindən istifadə edirlər. Şirkətlər sosial şəbəkə hesablarını daha düzgün şəkildə idarə edə bilən, hədəf kütlənin marağını çəkə biləcək maraqlı kontentlər hazırlaya bilən, səmərəli işləyib şirkət üçün effektiv nəticələr əldə edə bilən insanlara çox önəm verirlər və hətta deyərdim ki, belə insanlar bu işdən yüksək gəlir əldə edirlər.
Digital marketingin verdiyi imkanlar çoxdur və onlar hər gün yenilənir, təkmilləşir və inkişaf edir. Google-un şirkətlərə verdiyi imkanların içərisində hədəf kütləyə daha effektiv çatmaq və düzgün şəkildə seqmentasiya aparmaq kimi fəaliyyətlər də var ki, bunları da Google Adwords, Google Adsense və bunun kimi bir çox alətlər vasitəsilə həyata keçirmək mümkündür. Bu alətlərin vasitəsilə düzgün şəkildə hədəf kütləyə çata bilmək, düzgün seqmentasiya aparmaq, hətta insanların google-da ehtiyacı olan və ya haqqında məlumat almaq istəyən şeyi hansı sözləri yazaraq axtardığını bilmək belə mümkündür. Məhz bu imkanlardan istifadə edərək müştərilərin hər axtarışında onların gözünün önündə olmaq şirkətlərin ən başlıca istəkləri və hədəfləri sırasındadır. Rəqəmsal marketing sahəsində Google-un alətlərinin verdiyi imkanların hesabına insanları qadın, kişi, yaşı 30-a qədər olub hələ subay olan qadın və ya kişi, 2 uşağı olan 25 yaşlı qadınlar, Marketing sahəsində çalışan 22 yaşlı kişilər və sairə və ilaxır kimi seqmentlərə asanlıqla ayırmaq olar. SMM dedikdə isə, Facebook, İnstagram, Twitter, Linkedin, Google+ kimi bir çox sosial şəbəkə hesablarının düzgün şəkildə idarə olunması başa düşülür. Müasir dövrdə şirkətlərə potensial müştəri qazandıra biləcək platforma sosial şəbəkələr olduğu üçün onlar sosial şəbəkə hesablarının düzgün idarə olunmasında, sosial şəbəkələr vasitəsilə müştəri məmnuniyyətinin qazanılmasında, burada reklam yerləşdirməkdə, sosial şəbəkələr vasitəsilə satışlar etməkdə daha çox maraqlıdırlar. Elə buna görə də son dövrlərdə şirkətlərin rəqəmsal marketing və SMM-ə ayırdığı vəsaitlərin həcmi artıb. Mənim fikrimcə, vəsaitlər son dərəcə səmərəli istifadə olunur və inanın ki, istədikləri effekti də əldə edə bilirlər. Sadəcə bu iş bilikli, bacarıqlı SMM-çilərə tapşırılmalıdır.
Növbəti məqalələrdə daha da faydalı olmaq ümidilə...
Növbəti məqalələrdə daha da faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz