marketinqdən kənar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
marketinqdən kənar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9.03.2016

İşsiz işçilər yoxsa işçisiz işlər???

Əziz oxucular, növbəti yazımda bir qədər Marketingdən uzaqlaşıb bir mövzu ətrafında öz düşüncələrimi paylaşmaq istədim sizlərlə.

Bu mövzuda yazı yazanlar var və onların çoxu mövzuya bir aspektdən yanaşıblar və bəziləri burada sahibkarları və bəziləri də insanları, işçiləri günahlandırıb müəyyən məsələlərdə. Lakin mən heç kimin tərəfində olmayıb neytral yazmağa çalışdım. Və çalışdım ki, işsiz qalan işçilərdə mi yoxsa işçisiz qalan işlərdə mi daha çox günahın var olduğuna öz münasibətimi bildirim.


İlk öncə mən işçilərdən, yəni insanlardan danışmaq istəyirəm. Bu gün ölkəmizdə təəssüflər olsun ki, əmək qabiliyyətli insanların az bir faizi işlə təmin olunub. Bu, bir həqiqətdir ki, bu gün ölkədə ali məktəb bitirən insanların çoxu işsizdirlər. Hələ də ki, devalvasiyadan sonra sahibkarlar böyük ziyanlar çəkdilər və məcbur qaldılar ki, işçilərini işdən çıxarıb biznesi ayaqda saxlaya bilsinlər. Mən deyə bilmərəm ki, bu nə dərəcədə düzgün bir addım idi. Amma onu da nəzərə almaq lazımdır ki, biznesin özü də savadlı insanlarla ayaqda qalır. Dünyamız nə qədər robotlaşmağa doğru getsə də, yenə də insan əməyinə, düşüncəsinə, əlinə, ürəyinə ehtiyac olub və olacaqdır. Təzədən qayıdıram ali təhsil məsələsinə. Bəli, ölkədə həddindən artıq insanlar var ki, ali təhsillidirlər, lakin işləmirlər. Sizin fikrinizcə, ali məktəbi diplomla bitirmək uğurlu, müvəffəqiyyətli olmaq deməkdir mi? Ali məktəbi bitirmiş bir insan həqiqətən də mi birbaşa gedib çalışa bilər? Əgər bu sualın cavabı on illər əvvəl "Bəli" idisə, bu gün bu sualın cavabı "yox"- dur. Ölkəmizdə son 10 ildə 330 min-dən çox diplom verilibdir. Bəs bu gün ölkədə 330 min savadlı insan var mı, uğurlu insan var mı, bu gün tələbələrimizin hədəfi, məqsədi var mı, bu gün tələbələrimiz öz-özlərinə "mən 5 il sonra harada olacam" sualını verirlər mi? Bəs yaxşı ali məktəbə niyə daxil oluruq? Ali məktəbi "sürünə-sürünə" bitirir, sonra da deyir ki, mən ixtisasıma uyğun iş tapa bilmirəm, işləyə bilmirəm. Bu əzabı çəkəcəyini sən 4 il bundan əvvəl fikirləşib öz gələcəyini qurmalı idin. Yox, əgər həqiqətən də savadlı, uğurlu, hədəfləri, məqsədləri olan bir insansansa və sən iş tapa bilmirsənsə, artıq mən bu məqamda heç nə deyə bilməyəcəm. Onsuz da bu cür insanlar çox böyük ehtimalla yaxşı şirkətlərdə iş tapa bilirlər. Artıq əmək bazarında da rəqabət artıbdır. Necə ki, bir bazara bir neçə şirkət məhsul verir və o şirkət bazarda uğur qazanır ki, o, insanlara keyfiyyətli, fərqli məhsullar verir və fərqli xidmət göstərir. Əmək bazarı da onun kimidir.

 İndi isə keçək sahibkarlara, rəhbərlərə. Onları da qınamaq olmur. İşini bacara biləcək rəqabətli kadrlar axtarırlar. Son devalvasiyadan sonra çox insanlar işdən  azad edildilər. Niyə? Çünki biznes batırdı, xərclər çox idi, gəlirlər də yox səviyyəsində. Bu aralar gülməli bir məqam yaranıb. Vakansiyalara baxıram, yazılıb ki, sales and marketing manager vakansıyasına uyğun insan axtarılır. Ay başına dönüm, ya sales manager axtar, ya da marketing manager. Bu gələn yazığın da on dənə başı yoxdur ki. Bir şirkətdə ya marketing manager olarsan, ya da sales manager. Şirkətdə satış işinə baxan insanın şirkətin marketing fəaliyyətini aparmağa vaxtı olmaz, marketing işinə baxanın da satışa ayıracağı vaxt olmaz. Ən azından hər iki işdə də effektivlik az olar belə olan halda.  Axı biz ki satışla marketing arasındakı fərqləri bilirik və bilirik ki, satış demək, marketing demək deyildir. Bax, ixtisaslaşma budur. O ki qaldı işçisiz işlərə... Hörmət etdiyim insanlardan biri olan "Araz" supermarketlər şəbəkəsinin HR-ı Xəqani Səfərovun yaxşı bir sözü var. O deyir ki, bu gün Azərbaycanda işsizlik yox, işçisizlik var. Sahibkarın işini yaxşı şəkildə aparıb, heç bir problem çıxarmayan, işini sevən və biznesin inkişafında onun da məsuliyyətinin olduğunu anlaya bilən və bunu ürəkdən edən insanlar işə qəbul edilir bu gün.

Əziz oxucular, ola bilər ki, sizlərdən kimsə mənim düşüncələrimlə razılaşmasın, amma mənim fikrimdə bu məsələlər belə cərəyan edir və olduğu kimi də düşüncələrimi sizə çatdırmağa çalışdım və ümid edirəm ki, heç bir oxucu mənim sözlərimdən inciyib, qıcıqlanmamışdır.

Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...