Bu dəfə Sizinlə Barış Özcanın YouTuBe kanalında paylaşdığı bir videodan olan çox önəmli qeydlərimi paylaşacam. Bu qeydlər dünyada TİCARƏT başlığı altında baş verən yeniliklər, yeni istehlakçı davranışları, yeni istehlakçı təcrübələri haqda olacaq. Həmin videoya isə Siz saytda ən aşağıda yerləşdirdiyim "Faydalı Kontent Bölməsi"-də baxa bilərsiniz.
Bizim rəqəmsallaşmağa doğru getdiyimiz bir vaxtda və bunun həqiqətən də belə olmalı olduğunu anladığımız bir vaxtda dünyanın digər tərəfində belə desək, bizim hal-hazırda getdiyimiz yolu artıq onlar geri qayıdırlar. Bunu dünyadakı və eləcə də azdan-çoxdan öz ölkəmizdəki istehlakçı davranışlarından və istehlak formasından və eləcə də trendlərdən anlamaq mümkündür. Bizim rəqəmsallaşmağa doğru getdiyimiz bir vaxtda dünyanın bir çox yerlərində hər şey sanki geriyə - analoq formasına qayıdır. Bu, nostalgiya yaşamaq istəyidir yoxsa rəqəmsal doyumluluqdur?
Məsələn, hər şey və hər kəs rəqəmsallaşmağa başladığı bir vaxtda dünyanın hegemon hesab etdiyimiz Amazon kimi nəhəng bir elektron ticarət platforması birdən-birə öz fiziki (analoq ticarət, fiziki ticarət) mağazalarını açmağa başladı. Bu addımı ilə görəsən Amazon nə demək və ya nəyi göstərmək istəyir? Hər kəsin digitalda daha nələr və nə kimi yeniliklər edə bilərəm deyə düşündüyü bir vaxtda Amazon nə üçün fiziki mağazalarını açmağa yönəldi? Onu da qeyd edim ki, bu fiziki mağazalarda təkcə kitab və elektronik məhsullar deyil, yanaşı olaraq bir çox ərzaq və qeyri-ərzaq məhsulları da satılır. İnkişaf etməkdə olan bu trendə O2O adı verilir, yəni Online to Offline.
Bu trendin qatarına Amazon ilə yanaşı onun rəqibi olan Alibaba da minməyi bacardı. Alibabanın Hema adında açdığı fiziki mağazalarda rəqəmsal istehlakçı təcrübəsi ilə analoq istehlakçı təcrübəsini birləşdirməyi bacardı. Bu mağazada hər şey həm rəqəmsaldır, həm də analoq. Digər tərəfdən Amazonun yaratdığı yeni Amazon Go konsepsiyası ilə çıxış edən mağazalarda əksinə olaraq hər şey analoqdur, yalnız girişdə bir dəfə telefonunuzdan istifadə edirsiniz, qalan hər bir alış təcrübəniz yalnız analoqdur, fizikidir.
Bundan başqa misal üçün, Tokioda Sagaya adlı bir restoran da öz müştərilərinə həm rəqəmsal və həm də analoq təcrübəni eyni anda yaşatmağı bacarır. Restoranda əyləşib fiziki olaraq yemək yeyirsiniz, lakin sizi əhatə edən hər şey və hətta masa da daxil olmaqla hər şey rəqəmsaldır. Bu barədə daha ətraflı saytın ən aşağısında yerləşdirdiyim bölmədəki videodan öyrənə biləcəksiniz.
Məsələn, rəqəmsallaşmağa başladığını hiss etdiyimiz mütaliə adəti də əksinə olaraq analoqlaşır. Yəni e-kitab istehlakını son dövrlərdə fiziki kitab istehlakına buraxdığını və fiziki kitab satışlarının artdığını çox asanlıqla görə bilərik, halbuki bizdən bu barədə soruşsalar, hər şeyin rəqəmsala doğru irəlilədiyini bilib bunun tam əskinə olduğunu və ya get-gedə də olacağını deyərdik. Lakin görünür ki, hər şey bizim bildiyimiz kimi deyil və ya bizim bildiyimizin artıq əksinə getdiyini deyə bilərik.
Müasir dövrə uyğun olmadan istehlakçı davranışlarını 180 dərəcə dəyişən və istehlakçı təcrübəsini formalaşdıran dünyanın ticarət nəhəngləri həqiqətən də ağılasığmaz və həyəcanverici şeylər edirlər. Görəsən bizi və ümumilikdə dünyanı qarşıda hələ nələr gözləyir?!
Faydalı olmaq ümidilə...
Salam bəs bu maraqlı yazıları yazan Nəcməddin Axundov kimdir ? Nəçidir ? Yazılar üçün təşəkkürlər
YanıtlaSilSalam. İlk öncə dəyərləndirdiyiniz üçün sizə təşəkkür edirəm. Mənim haqqımda məlumat almaq üçün saytın sonunda olan "Haqqımda" bölməsinə nəzər yetirə bilərsiniz.
Sil