Mütəxəssisliyinə inandığım marketoloqlardan biri olan Famil Alməmmədov öz saytında belə bir məqalə yayınladı: "1880-ci ildə yaşasaydınız biznesinizi necə inkişaf etdirərdiniz?" Məqalə həqiqətən də maraqlı və düşündürücüdür. Bu məqalə mənə növbəti yazımı yazmağım üçün ideya verdi. Bu yazımı Famil müəllimin məqaləsinə cavab olaraq yazdım.
Bəli, təsəvvür edin ki, 1880-ci ildə yaşayırsınız və öz biznesinizi inkişaf etdirməlisiniz, biznesinizin gəlirliliyini artırmalısınız və bu da təbii ki, insanların sizi və sizin təklif etdiyiniz məhsul və ya xidmətinizin tanıması ilə mümkün ola bilər. Təsəvvür edin ki, 1880-ci ildə bazara bir məhsul çıxarmısınız və öz hədəf kütlənizi bəlli etmisiniz və bircə o qalıbdır ki, hədəf kütlənizə məhsulunuzu tanıtmaq üçün, çatdırmaq üçün yollar, kanallar axtarasınız. Həmin dövrdə də komputer yox, telefon yox, faks çəkmək olmur, internet, sosial şəbəkələr yox. Bəs yaxşı insanlara məhsulunuzu necə çatdıracaqsınız, hansı reklam vasitələrindən istifadə edəcəksiniz? Mənə elə gəlir ki, həmin dövrün imkanları dövrün biznesləri üçün az da olsa yetərli idi. Necə? Axı həmin illərdə dünya əhalisinin sayı da az idi. Bəs yaxşı müasir reklam kanalları, vasitələri necə yaranıb, inkişaf edib? Əlbəttə ki, dünya əhalisinin sayının artımı da bu inkişafı tezləşdirdi, labüd etdi. Insanlar çoxaldıqca reklam vasitələrinin də sayı artmağa, inkişaf etməyə məcbur oldu, çalışdı. 1880-ci ildə dünya əhalisinin sayı bu günki qədər deyildi. Həmin dövrdə əlimizdə olan imkanlar bəlkə də, hardasa imkan verərdi ki, biz azdan-çoxdan nəsə edə bilək öz biznesimiz üçün, onun inkişafı naminə. Amma təsəvvür edin ki, dünyada hal-hazırki insan sayı və 1880-ci ildən qalmışıq reklam vasitələri baxımından. Əlbəttə ki, bu bizim üçün çox çətin olardı.
1880-ci ildə dünya əhalisinin sayı təxminən 1.5-1.6 milyard idi. Günümüzdə isə dünya əhalisinin sayı 7.2 milyarddan çoxdur. Arada təxminən 5 dəfə fərq var.
Təbii ki, biznesin inkişafı ancaq və ancaq reklamdan asılı deyil. Bir çox marketing alətləri, marketing vasitələri, fəaliyyətinin köməyi ilə bizneslər yaradılır və inkişaf etdirilir. Reklam yalnız bir predmetdir, bir alətdir, hansı ki, mən bu yazımda onun üzərində müqayisələr aparmağa çalışdım. Lakin onu da qeyd etmək lazımdır ki, həmin illərdə biznes anlayışı da çoxsahəli, geniş deyildi. Amma yenə də Famil müəllimin sualına tam və əhatəli cavab vermək mənim üçün mümkün olmadı. Bəlkə də suala ürəyimcə olan cavabı verə bilməməyimin səbəbi həmin illərdə yaşamadığımdandır.
Əziz oxucular, siz də fikirləşin sualın cavabını, başqa predmet üzərindən müqayisələr aparın, başqa bir aspektdən yanaşın suala. Bəs siz necə, 1880-ci ildə yaşasaydınız biznesinizi necə inkişaf etdirərdiniz?
Əziz oxucular, siz də fikirləşin sualın cavabını, başqa predmet üzərindən müqayisələr aparın, başqa bir aspektdən yanaşın suala. Bəs siz necə, 1880-ci ildə yaşasaydınız biznesinizi necə inkişaf etdirərdiniz?
Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...