Ümumiyyətlə, Marketing kommersiya məqsədilə fəaliyyət göstərən şirkət və müəssisələrin gəlirini və satışını artıran və satışa qüvvət verən bir fəaliyyət sahəsidir. Hətta nəinki, kommersiya məqsədli, qeyri-kommersiya məqsədli fəaliyyətlər üçün də gərəkli olan bir sahə kimi formalaşıb Marketing. Bir çox sahələri əhatə etdiyinə görə və daranlamlı bir sahə olmadığına görə dəqiq bir tərifi yoxdur.
Təhsildən tutmuş səhiyyəyə kimi, kənd təsərrüfatından tutmuş biznes fəaliyyətlərinin bütün sahələrini əhatə edir Marketing. Elə mənim də bir gənc kimi bu sahəyə maraq göstərməyim Marketingin əhatə dairəsinin sərhədsiz olduğuna görədir.
Marketingə verilə biləcək minlərlə tərifdən bir neçəsinə nəzər salaq:
Marketingə verilə biləcək minlərlə tərifdən bir neçəsinə nəzər salaq:
Marketing - istehlakçını bir məhsulu almağa və ya bir xidmətdən istifadə etməyə sövq edən bir fəaliyyət sahəsidir. (satışa qüvvət verən bir fəaliyyət sahəsi kimi)
Marketing - insanların tələbatlarını araşdırıb onları ortaya çıxaran və həmin tələbatları qarşılamaqla qazanc, mənfəət əldə edən bir fəaliyyət sahəsidir. Marketing insanların ehtiyaclarını öyrənməklə yanaşı, onlarda yeni tələbatların yaradılmasında da rol oynayır.
Amerika Marketing Assosiasiyası (AMA) Marketingə belə bir tərif vermişdir: "Marketing - istehsalçılarla istehlakçılar və satıcılarla alıcılar (müştərilər) arasında müsbət yöndə əlaqələr, münasibətlər yaradan bir fəaliyyət sahəsidir."
Marketing çox da qədim bir sahə olmadığına görə onu elm kimi qəbul etmək düzgün olmazdı.
Marketing sahəsində ən böyük mütəxəssis olan və "Marketingin atası" adlandırılan Filip Kotler (Philip Kotler) 1931-ci ilin 27 may tarixində ABŞ-ın Çikaqo ştatında dünyaya gəlmişdir. Hal-hazırda 85 yaşı olan Filip Kotlerin Marketing sahəsinin inkişafında böyük rolu olmuşdur və "A-dan Z-ə marketinq", "Marketinq 3.0", "Yoxsulluğa qarşı sosial marketinq" və bunlarla yanaşı yüzlərlə kitabın müəllifi və eyni zamanda həmmüəllifidir. Filip Kotler Peter Druker, Bill Qeyts və Cek Velşdən sonra IV uzman marketologdur.
Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...
Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz