Bir neçə vaxtlıq fasilədən sonra maraqlı bir mövzu ətrafında məqalə yazmalı idim. Düşünürdüm ki, görəsən, hansı mövzunu yazmaq daha çox marağa səbəb ola bilər. Yazını yazmağıma səbəb isə bir neçə gün əvvəl iştirak etdiyim təlim oldu. Təlimçinin mənlə olan uzun söhbətindən sonra mənə dedi ki, Nəcməddin, mən sənə sübut edə bilərəm ki, Marketingin lazım olmadığı zamanlar və situasiyalar da var. Mən bu haqda çox fikirləşdim və təbii ki, həmin təlimçinin də cavabını məqalənin davamında sizlərlə paylaşmışam. Əlbəttə ki, bu suala cavab verə biləcək insanlar marketoloqlardır, o marketoloqlar ki, illərin təcrübəsinə malikdirlər, bir çox şirkətlərdə fəaliyyət göstəriblər və bir çox sahibkarlarla birgə işləyiblər. Mən çox istərdim ki, məqalənin başlığı olan bu suala məndən sonra bir çox marketoloqlar cavab yazsınlar öz saytlarında məqalə olaraq. Sual ətrafında mən də öz fikirlərimi bildirəcəm, amma bu məqalənin davamını yazmaq və bu sual ətrafında öz fikirlərini bildirmək üçün, necə deyərlər, estafeti ötürürəm mənim çox hörmət etdiyim insan, peşəkar marketoloq Famil Alməmmədova. Mən çox istərdim ki, o da bu sual ətrafında öz fikrini bildirsin və estafeti özündən sonra sual ətrafında fikir bildirmək istəyən həmkarına ötürsün və bu mövzu silsilə şəklində bir çox marketoloqlar tərəfindən yazılsın. Həm onlar öz dəyərli fikirlərini bildirsinlər, həm də oxucular faydalansınlar.
Axı mən təlimçinin cavabını deyəcəkdim sizə. Sizin fikrinizcə, təlimçinin cavabı nə ola bilər? Marketing lazım olmaya bilər mi? Cavab: Monopoliya şəraitində. Təsəvvür edin ki, ölkədə hansısa məhsulun tək istehsalçısı sizsiniz, yəni monopolistsiniz. Məhsulu ölkədə sizdən başqa istehsal edən yoxdur. Təbii olaraq ölkə vətəndaşları da həmin məhsulu ancaq sizdən alır. Onsuz da satışlar yüksək olacaq, çünki bazarda rəqib yoxdur ki, bazar payınızdan alsın, satışlarınızı azaltsın. Belə olan halda təbii ki, Marketing fikrinizdən belə keçməyəcək. Və Marketing sizə lazım olmayacaq.
Əziz oxucular, mən mövzu ətrafında olan fikirlərimi dayandırıram. Çünki istəyirəm ki, bu suala mütəxəssislər cavab versin. Çünki onların təcrübəsi daha çoxdur və onlar bu suala daha ətraflı və dəqiq şəkildə cavab verə bilərlər. Bu suala cavab verərkən onlar çalışdıqları şirkətlərdən, gördükləri rəhbərlərdən, sahibkarlardan, sahibkar tiplərindən, sahibkarların marketingə olan münasibətindən və sırf bu suala cavab olaraq Marketing harada, kimə və nə üçün lazım olmadığından yaza bilərlər. Onlar öz təcrübələrini paylaşsınlar, sual ətrafında öz fikirlərini bildirsinlər, biz isə oxuyaq, faydalanaq və paylaşaq ki, özümüz də faydalı ola bilək.
Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz