Samir Əfətli - AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzi, mütəxəssis: "Ustad düz buyurub. Azərbaycanda marketologun şəxsi biznesi olmadığı halda şirkətlərdə heç vaxt öyrəndiklərini tətbiq etməyə imkan verməyəcəklər."
Niyazi Məmmədov - İş adamı: "Baxır biznesə. İlk növbədə düşünən beyni, döyünən ürəyi olmalıdır. Ən sadə marketoloqa ilk növbədə əlverişli mühit, yaradıcı şərait lazımdır, istər öz biznesi olsun, istər özgəninki. Niyə? Çünki marketinq planlarını cızmaq, idarə etmək, monitorinq etmək üçün öz alətlərini işə salmalıdır. Buna imkan yaradılmalıdır. Üstəlik, marketoloq hədəflərə çatmaq üçün vaxtında düzgün istiqamət və məsləhətlər də verməlidir. Ola bilər öz şəxsi biznesi olsun, amma bunları etmək üçün münbit şərait olmasın, ola da bilər ki, başqası üçün işləsin və heç bir sıxıntısı olmasın. Marketoloqların daimi işdə olmaları da vacib şərt sayılmaz məncə, say-seçmə marketoloqlar var ki, layihədən layihəyə, vaxtaşırı işlərə cəlb olunurlar və xariqələr yaradırlar. Məncə, marketoloqun öz potensialını ortaya qoyub ürəklə işləməsi üçün özünün şəxsi biznesinin olması ona birbaşa uğur qazandıran amil deyil. Buna görə bir az obrazlı şəkildə dedim ki, onun düşünən beyni və döyünən ürəyi olmalıdır ki, öz işini görə bilsin."
Samir Mehdi - shopera.az saytı, direktor: "Yerli bazarda marketologların əli-qolu çox "bağlıdır". Və artıq satış departamenti Marketing departamentinin önünə keçir."
Şəfəq Mürsəlli - biznes analitik, layihə meneceri, Life Coach: "İstər şəxsi biznes olsun, istərsə də hər hansısa şirkətdə çalışmış olsun, əsas olan təcrübədir. Təhsillə müqayisə etsəydiniz, bu ayrı məsələ, Marketingdə nəzəriyyədən daha çox praktika önəmlidir, xarici ədəbiyyatları oxuyub, onu yerli bazara tətbiq edəndə təbii ki həmin effektlər verməyəcək, istər iqtisadi baxımdan, istər mədəni, istərsə də psixoloji baxımdan həmin nəticələri əldə etmək ehtimalı azdır. Qayıdaq təkrar burdakı suala, effektivliyi şirkətlərdə də göstərmək olar, əgər bacarıqlarını, təcrübəni düzgün təqdim edə bilirsinizsə və təbii ki çalışdığınız şirkət, ideyalara açıqdırsa, ki, açıq olması lazımdır inkişaf üçün, siz öz professionallığınızı orada da göstərəcəksiniz. Təbii ki şəxsi biznesdə bu daha qabarıq özünü göstərəcək, əgər biznesiniz uğurlu olacaqsa, bu birbaşa sizdən asılı olacaq və bu da birbaşa sizin professionallığınızın nəticəsi olacaq."
Öz fikirlərini bildirən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Əziz oxucular, əgər sizin də bu mövzu barədə hansısa düşüncələriniz varsa, bizimlə paylaşa bilərsiniz. Sosial şəbəkələr və najmaddin.akhundov@yahoo.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. Növbəti məqalələrdə yenə də ustadın deyimləri barədə yazacam. Dəyərli zamanınızı ayırıb yazını oxuduğunuz üçün sizə də təşəkkür edirəm.
0 Şərh:
Şərh Yaz