"S" ( Strenght ) - Layihənin güclü tərəfləri ondadır ki, bu layihə marketing və ümumilikdə biznes sektorunun adamlarına zamandan, məkandan, məsafədən asılı olmayaraq müxtəlif təlimçilərdən müxtəlif mövzularda təlim xidmətləri təklif edir. Bu isə layihənin müştərilərinə rahatlıq, heç nədən asılı olmadan təlim xidməti alma kimi imkanlar verir. Təlimin sonunda veriləcək sertifikatın ölkədə hansı şirkətlər tərəfindən tanınıb-tanınmaması haqqında isə heç bir fikrim yoxdur.
"W" ( Weakness ) - Layihə virtual olaraq təlim xidməti təklif etdiyi üçün, həqiqi təlim mühiti yaradılmadığı üçün və eyni zamanda təlimin əvvəlcədən hansı keyfiyyətdə olduğunun bilinməməsinə görə insanlar tərəfindən (bir müddət) heç də ciddi qarşılanmaya bilər. İndi sual verəcəksiniz ki, axı adi təlimlərdə də təlimin keyfiyyəti barədə qabaqcadan heç kimin məlumatı olmur. Amma onu da qeyd etmək istəyirəm ki, son dövrlər təlim mərkəzləri təlim programının ilk gününü ödənişsiz edir. İstəyən gedir təlimin keyfiyyətini görür və təlimçinin savadının və təlimçilik qabiliyyətinin nə yerdə olduğundan xəbəri olur və əgər xoşuna gəlsə, programa davam edir. Digər bir tərəfdən burada təlimlər mövzu-mövzudur və fikrimcə qiymətlər çox yüksəkdir. Misal olaraq, mənə satışın 5 qızıl qaydası haqqında təlim lazımdır. 5 mövzuluq təlim almalıyam mən. Hər bir təlimin öz qiyməti var. Məsələn, 20 azn. 5 təlim 20 azn-dən bu edər 100 azn. Amma onu da deyim ki, hal-hazırda bir çox təlim mərkəzləri 60-100 azn arası qiyməti olan və bir çox mövzuları özündə birləşdirən təlim program paketləri təklif edirlər. Və bir də onu deyim ki, ola bilər ki, iştirakçının təlim barəsində bir sualı olacaq. O zaman o, sualını necə və kimə versin? Beynində yaranan suallar ciddi ola bilər və onu narahat edə bilər. Təlim mərkəzlərindəki təlimlərdə isə təlimçinin sözünü saxladıb ona asanlıqla öz sualını verib və həmin anda da cavabını dəqiqliklə ala bilirsən. Gərək təlimlər yüksək səviyyədə olsun və iştirakçıya məlumatlar elə çatdırılsın ki, onun heç bir sualı olmasın. Bu da bir problemdir, fikrimcə. Və təlimçilərin, yenə də qeyd etdiyim kimi, bəzi insanlar tərəfindən tanınmaması, onların öz sahələri üzrə bilik və savadlarının hansı səviyyədə olduğunun bilinməməsi kimi amillər də layihənin zəif tərəfləridir, fikrimcə.
"O" (Opportunity ) - Ölkəmizdə elə iş adamları və insanlar var ki, onların təlim almaq üçün vaxtları yoxdur. Lakin bu cür şəraiti onlar üçün yarada biləcək layihəyə istədikləri vəsaiti vermək iqtidarındadırlar. Fikrimcə, bu, layihənin imkanları sırasına daxildir.
"T" ( Threat ) - İnsanların hələ virtual olaraq təlimlərə marağının olmaması mı adlandırım bunu, yoxsa öyrəşməmələri mi adlandırım bunu, bilmirəm, amma, zənnimcə bu amil işin təhlükəli tərəfidir. Korporativ müştərilər üçün deyə bilmərəm, amma digər insanlar üçün bir çox mövzularda günü bu gün də ödənişsiz təlimlər keçirilir müxtəlif təlim mərkəzləri və təlimçilər tərəfindən. Bu da bir təhlükəli tərəfdir. Və ölkəmizdə olan təlim mərkəzlərinin günü-gündən güclənməsi də layihəni təhlükə qarşısında qoya biləcək bir məsələdir.
Əziz oxucular, mən layihə haqqında öz düşüncələrimi sizlərlə paylaşdım. Mənimlə razı olub-olmamağınıza isə heç nə deyə bilmərəm təbii ki. Bütün bunlara baxmayaraq, Yusif Vəliyevə və onun komandasına uğurlar arzu edirəm.
Növbəti yazılarımda daha da faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz