Ümumiyyətlə, bir şirkəti düzgün idarə etmək üçün ilk növbədə işin başında mütəxəssis insanlar olmalıdırlar. Bu yaxınlarda bir təlim və tədris mərkəzinin rəhbəri mənə müraciət etdi. Mən isə şirkətin vəziyyətindən orada mütəxəssis marketologun olmasının gərəyini hiss etdim. Və ən çox etibar etdiyim mütəxəssislə iş birliyinə girməyi məsləhət gördüm şirkət rəhbərinə. Mənim fikrimcə, işin başında mütəxəssisin olması vacibdir. Belə bir söz var ki, haraya getdiyini bilmirsənsə, necə və niyə getdiyinin bir mənası yoxdur. Bax, elə Marketinq də hara, necə, niyə kimi suallara cavab tapır və şirkəti irəliyə aparır. Çünki şirkət bilir ki, hara getmək istəyir. Buna müvafiq olaraq da yol bəlli olur və həmin yolda necə irəliləmək lazım olduğunu Marketing bəlli edir.
Marketing planı şirkətin Marketing fəaliyyəti boyunca görüləcək işlərin bir plan halına salınmasıdır. Gələcəkdə atılacaq addımlar, görüləcək işlər Marketing planında yazılır və qeyd olunan zamanda həyata keçirilir. Belə bir ifadə var ki, marketologun gördüyü işin keyfiyyəti onun tərtib etdiyi Marketing planın səviyyəsindən və bu planın həyata keçirilməsi dərəcəsindən və planda yazılmış addımların atılması nəticəsində alınmış effektdən bəlli olur. Şirkətlərdə KPİ-ı (Key Performance İndicators - Əsas Effektivlik Göstəriciləri) müəyyən olunmuş marketologun aylıq məvacibi də tərtib etdiyi marketig planından və onun həyata keçirilmə dərəcəsindən və əldə olunmuş nəticələrdən asılı olaraq dəyişir.
Düzgün yazılmış marketing strategiyası, düşünülmüş marketing planı, şirkətin hədəfləri, missiyası və ən önəmlisi şirkətin vizyonu bir şirkəti uğurlu gələcəyə aparan amillərdir. Burada strategiya "gedilən yol" mənasındadır. Yəni ki şirkət hara doğru irəliləyir, hara gedir? Strategiyasız bir şirkət müəyyən müddət irəliləyə biləcək, sonradan isə o haraya getdiyini unudacaq və geriyə də yol tapa bilməyəcək, məhv olacaq. Strategiya şirkətə haraya getdiyini göstərir. Əla yazılmış strategiya isə şirkətə nəinki adi zamanlarda, hətta böhran zamanında da şirkət üçün şam rolunu oynayır.
Strategiyadan sonra isə burada taktika məsələsi önəmli rol oynayır. Taktika isə şirkətin verdiyi "necə" sualına cavab verir. Yəni biz yolumuzu bəlli etdik və bu yolda necə irəliləyəcəyik. Hansı taktiki addımlardan istifadə ediləcəyini bildirir.
Bununla bərabər Marketing fəaliyyətində şirkətin hədəfləri müəyyən olunur. Şirkətin fəaliyyət göstərdiyi müddətcə hansı hədəflərə çatmaq istədiyini bilmək və hədəflərə doğru irəliləmək mütləqdir.
Son olaraq iki önəmli anlayışa nəzər yetirək. Missiya dedikdə, şirkətin fəaliyyətinin səbəbi və məqsədi başa düşülür. Misal olaraq, "Pegasus" şirkətinin missiyasını nəzərinizə çatdırmaq istəyirəm: "Biz inanırıq ki, hava yolu ilə səyahət etmək hər bir kəsin haqqıdır. Pegasus ailəsi, tədarükçülər və iş ortaqları ilə hamımız birlikdə bunun üçün çalışırıq".
Ən önəmlisi vizyondur. Şirkətin uzun müddətdə gələcəyini, şirkətin bir vaxt sonra harada olacağını, cəmiyyətdə hansı səviyyədə reputasiyaya malik olacağını, insanların həyatında nə dərəcədə önəmli olacağını, bir sözlə, uzunmüddətli perspektivləri şirkətin vizyonu müəyyən edir. Ən başda hədəf kütləsinə və daha sonra şirkətinə qarşı həddindən artıq əhəmiyyət verən, onun gələcəyini düşünən, sonsuz bir inkişafa nail olmaq istəyən şirkət rəhbərləri haqqında belə bir ifadə işlədirlər: "Bu insanın vizyonu var!" Gəlin, yenidən Pegasus şirkətinə qayıdaq və onların vizyonunda nələrin əks olunduğunu görək: "Yenilikçi, ağıllı, prinsipli və məsul yanaşmamızla bölgəmizdə lider, ekonomik hava yolu şirkəti olmaq". Əgər bir vizyonunuz varsa, sizi getdiyiniz yoldan heç kim geri döndərə bilməyəcək.
Əziz oxucular, son olaraq Sizlərlə mövzu ilə əlaqədar olan PhD. Cəbrayıl Vəliyevin MMF-2016-dakı çıxışını paylaşıram. Xoş izləmələr!
Bu və ya digər məqalələr haqqında irad və məsləhətləriniz və ya şəxsi təklifləriniz olarsa, najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!
Əziz oxucular, son olaraq Sizlərlə mövzu ilə əlaqədar olan PhD. Cəbrayıl Vəliyevin MMF-2016-dakı çıxışını paylaşıram. Xoş izləmələr!
Bu və ya digər məqalələr haqqında irad və məsləhətləriniz və ya şəxsi təklifləriniz olarsa, najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!
Əla
YanıtlaSil