Ölkədə manatın digər valyutalar qarşısında zəifləməsi nəticəsində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artım oldu. Nə qədər də deyilsə ki, bunlar süni artımlardır və qarşısı alınacaqdır, lakin bir xeyri olmadı. Devalvasiya olan gün bir çox mağazalar, marketlər, supermarketlər öz satışlarını dayandırdılar. Minimum bir neçə saat, maksimum isə bir gün sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artımın olduğu müşayiət olundu ki, bu da sadə vətəndaşlar üçün heç də yaxşı bir hadisə olmadı. Yaxşı bir hadisə olmamaqla yanaşı, həm də bir çox supermarketlərin imicinə təsir etdi desəm, bəlkə də yanılmaram.
İnsanların ən çox istifadə etdiyi məhsulların, yəni gündəlik yeyinti məhsullarının satışı ilə məşğul olan pərakəndə ticarət mərkəzləri öz fəaliyyətlərini bir neçə saatlıq dayandırdılar və manatın devalvasiyasından istifadə edərək (haqlı və ya haqsız olaraq) məhsullarının qiymətlərini qaldırdılar. Bu da onlara müştərilərinin etibarsızlığı, loyallığının azalması bahasına başa gəldi. Düzdür, bu fürsətdən istifadə edib satışı dayandırmayan və köhnə qiymətlərlə satışın getdiyini deyən supermarketlər də olsa da, onlar belə bir neçə məhsulların qiymətini satışı dayandırmadan qaldırdılar. Satışı dayandırmamaq və köhnə qiymətlərlə satış etmək bəzi şirkətlərin belə bir şəraitdə imicini qaldırmağa kömək etdi ki, buna da mövcud şəraitdən səmərəli istifadə etmək deyilir.
Belə bir şəraitdə məhsul və ya xidmətlərinin qiymətini qaldırmayan və hətta müəyyən endirimlər edən şirkətlər müştərilərinin gözündə daha da ucaldılar, imiclərini qoruyub saxlamaqla yanaşı, həm də müsbətə doğru irəlilətdilər. Adını çəkmək istəmədiyim ərzaq və qeyri-ərzaq mallarının satışı ilə məşğul olan, tələbələrə və korporativ müştərilərinə təlim-konsultasiya xidməti təklif edən və digər bir neçə şirkətlər devalvasiya şəraitində qazananlardan oldu desəm, bəlkə də yanılmaram.
İstərdim ki, ölkəmizdə də Türkiyə və digər ölkələrdə olduğu kimi öz mənfəətini düşünməkdən çox müştərilərinin loyallığını, öz imicini qoruyub saxlamağı daha üstün tutan şirkətlər də olsun. Müştərilərin loyallığı və şirkətin imici satışlara təsir edir. Mənə elə gəlir ki, bunun üçün müəyyən bir müddət keçməlidir və ölkəmizdə biznesə, sahibkarlığa alver kimi baxan insanlar, mənim fikrimcə, olmamalıdır.
Hər kəsə işlərində uğurlar arzu edirəm. Daha faydalı olmaq ümidilə...
:) Əla
YanıtlaSil