20.12.2015

Professional marketolog olmağın yolu bloggerlikdən də keçir

Bir neçə vaxtdır ki, Marketing mütəxəssislərinin blog yazılarını oxuyuram. Blog yazılar mənim Marketing üzrə biliklərimi daha da artırır. Blog yazılar oxumağa başlayandan bəri bu iş məni özünə cəlb etdi. Düşündüm ki, niyə də mən bloggerlik fəaliyyəti ilə məşğul olmayım ki? Mən də öz biliklərimi paylaşmaqla kimlərəsə faydalı ola bilərəm. Professional marketolog olmağın yolunun bloggerlikdən keçdiyini düşündüm və bu gündən etibarən start götürürəm.


Artıq səkkiz aya yaxındır ki, Marketingi öyrənməyə başlamışam. Bu səkkiz ayda özümə çox faydalı oldum, vaxtımı faydalı keçirdim, pulumu təlimlərə, kitablar almağa xərclədim. Bu gündən sonra özümə faydalı olmaqla yanaşı ətrafıma da faydalı olmağa çalışacam. Vaxtaşırı blog yazılar yazacam. Marketing sahəsi üzrə yazılar, Marketingin müxtəlif sahələri üzrə yazılar, məlumatlar paylaşmağa çalışacam. Müəyyən vaxtlarda Marketinglə yanaşı motivasiya, şəxsi inkişaf, təhsil, təlim-tədris barədə blog yazılar paylaşacam. Özümlə yanaşı hər kəsə faydalı olmaq üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, məqalələrimi oxuyan hər bir kəsə faydalı ola biləcəm.

Hər kəsə işlərində uğurlar arzulayıram!


0 Şərh:

Şərh Yaz