PR - şirkətlərin, elə adından da göründüyü kimi ictimaiyyətlə əlaqə qurmaq fəaliyyətini həyata keçirən bir şöbədir, bir departamentdir şirkətlərdə. PR həmçinin şirkətlərin ictimaiyyət arasında müsbət reputasiyasının yaradılması və qorunub saxlanılması üçün fəaliyyət göstərir.
Ümumiyyətlə Marketing məhsulların deyil, insan düşüncələrinin, fikirlərinin savaşıdır. Bu savaşda qalib gəlmək üçün şirkətlərə öz məhsullarını reklam etməklə yanaşı, həm də onların cəmiyyət arasında imicini qoruyub saxlayan bir fəaliyyət lazımdır. Şirkətlərin məhsul və ya xidmətləri nə qədər keyfiyyətli olsa da, şirkətlər hər nə qədər bir çox reklam kanallarından istifadə edib məhsul və ya xidmətlərini reklam etsə də, əgər ictimaiyyət arasında bu şirkətlər haqqında müsbət fikirlər, yanaşmalar mövcud deyilsə, istehsal etdiyi məhsulların (xidmətlərin) keyfiyyətinin və onların reklamının heç də bir anlamı qalmaz, mənim fikrimcə.
Xarici ölkələrdə də belə hallar olur, əlbəttə ki, amma mən elə ölkəmizdəki şirkətlərdən misal gətirmək istəyirəm. Elə şirkətlərimiz var ki, müəyyən dövr ərzində ictimaiyyət arasında həmin şirkətlər haqqında heç də xoş olmayan məlumatlar gəzir. Əgər şirkətlər bundan xəbər tutmazlarsa və öz PR fəaliyyəti üzərində işlər həyata keçirməzlərsə, bu məsələ daha da böyüyə və şirkətin reputasiyasına ciddi şəkildə ziyan vura bilər. Əgər azdan-çoxdan Azərbaycan bazarından xəbəriniz varsa, belə şirkətləri siz də tanıyarsınız. Hətta günümüzdə elə mənfi reputasiyalı şirkətlər var ki, insanlar həmin şirkətlərdə işləməkdən belə yan qaçırlar və təbii ki, bu problem şirkətlər üçün sadəcə olaraq, dəhşətli və tez bir zamanda əncam çəkiləsi bir məsələdir.
Neçə illərdir ki, "Narxoz" kimi tanınan və məzunu olduğum İqtisad Universitetinin də haqqında elə də xoş sözlər söyləmirdilər. Hətta bu universitet böyüklərimizin yaddaşında təhsil verməyən və keyfiyyətsiz ali təhsil ocağı kimi qalmışdı. Başda İqtisad Universitetinin rektoru cənab Ədalət Muradov olmaqla Universiteti sevən tələbələrin və universitetin İctimaiyyətlə Əlaqələr şöbəsindən olan məşhur marketolog Ramil Cabbarov və şöbədəki insanların sayəsində İqtisad Universitetinin adının üzərindən mənfi düşüncələr silindi və təhsilin keyfiyyəti artırılaraq günü-gündən daha da çiçəklənməyə doğru addımlar atdı və hal-hazırda da şöbə öz fəaliyyətini davam etdirməkdədir. Mənə elə gəlir ki, İqtisad Universitetinin PR fəaliyyəti oxucular üçün real və yaxşı bir keys oldu.
Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...
Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz